Məxfilik Siyasəti

 

Bu “Məxfilik Siyasəti” www.e-imtahan.az (bundan sonra "E-imtahan") WEB saytında toplanan məlumatlara şamil olunur. E-imtahan WEB sayta daxil olan istifadəçilərin məlumatlarının məxfiliyinə daim diqqətlə yanaşır və sizə aid fərdi məlumatların mühafizəsini təmin edir. Saytdan qeydiyyatdan keçməklə və əlaqə bölməsində məlumatlarınızı daxil etməklə, siz bu “Məxfilik Siyasəti” və onun şərtləri ilə razılaşdığınızı təsdiqləmiş hesab edilirsiniz.

 


Qeydiyyat zamanı tələb olunan məlumatlar:
1. Ad;
2. E-mail ünvanı.


Profilinizə könüllü əlavə etdiyiniz məlumatlar:
1. Ad;
2. E-mail ünvanı;
3. Telefon nömrəsi;
4. Ünvan;
5. Profil şəkli.


Əlaqə bölməsində tələb olunan məlumatlar:
1. Ad;
2. E-mail ünvanı;
3. Mobil nömrə.


Şəxsi məlumatların istifadəsi:

- Qeydiyyat zamanı təqdim etdiyiniz şəxsi məlumatlarınız sistemin funksionallığını təmin etmək və istifadəçiləri fərqləndirmək məqsədilə istifadə olunur;
- Profilinizə könüllü şəkildə əlavə etdiyiniz məlumatlar sizin tələbiniz əsasında və texniki problemlə üzləşdiyiniz zaman sizinlə əlaqə saxlamağımız üçün istifadə oluna bilər;
- Əlaqə zamanı təqdim edilən yuxarıda sadalanan məlumatlar istifadəçi ilə əks-əlaqə saxlamaq, sayta əlavə olunan yeni sınaq imtahanları və hazırlıq vəsaitləri, habelə, digər yeniliklər haqqında məlumatları isitfadəçilərə göndərmək üçün istifadə edilə bilər.


Ödəniş vasitələrinin təhlükəsizliyi:
- E-imtahan sınaq imtahanlarını almaq üçün ödəniş edərkən təhlükəzliyi maksimum dərəcədə təmin olunmuş və ölkədə hamı tərəfindən qəbul edilən ödəniş şirkətlərinin xidmətlərindən istifadə edir;
- E-imtahan.az saytı sizdən, birbaşa olaraq, ödəniş kartı məlumatlarınızı tələb etmir və ya qeydiyyatını aparmır. Tərəfimizdən bu məlumatların, heç bir halda, görünməsinə yol verilmir.


Web brauzer kukilərindən istifadə:
E-imtahan əksər saytlarda olduğu kimi istifadəçi təcrübəsini artırmaq məqsədilə “kukilər”dən istifadə edir. İstifadəçi istifadə etdiyi brazuerin parametrlərindən bu "kukilə"i tənzimləyə bilər. Kukilər heç bir məxfi məlumatı ötürmür.


Bizim zəmanətimiz:
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulan hallar istisna olmaqla, E-imtahan yuxarıda sadalanan məlumatların heç vaxt və heç bir halda üçüncü şəxslərə açıqlamayacağına zəmanət verir. E-imtahan sizin ötürdüyünüz məlumatların qüvvədə olan qanunvericiliyə uyğun olaraq emal olunacağına zəmanət verir.


Dəyişikliklər:
Dəyişikliklərin çox gec və az həcmdə olmasına baxmayaraq, E-imtahan ehtiyac olduqda WEB saytın hər hansısa bir hissəsinə və ya "Məxfilik Siyasəti"nə dəyişikliklər etmək hüququnu özündə saxlayır və bu tamamilə E-imtahanın səlahiyyətindədir. WEB saytda və ya "Məxfilik Siyasəti"ndəki dəyişikliklərə baxmayaraq, bu saytdan istifadə etməyiniz, sizin bu dəyişiklikləri qəbul etdiyiniz mənasına gəlir.

 

 

© Copyright 2019, e-imtahan.az | Məxfilik siyasəti
Hazırladı: wemob.az wemob.az